Türkiyənin Müdafiə Sənayesi Gündəliyi | 13-19 aprel 2026

2025/10/1761586084.jpg
Oxunub: 608     19:46     20 Aprel 2026    
2026-cı il aprelin 13-dən 19-na qədər Türkiyə müdafiə sənayesində qeydə alınan inkişaflar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Sözügedən inkişaflar aşağıdakı kimidir:

Polis Baş İdarəsinə AKSUNGUR pilotsuz uçuş aparatı, T-129 ATAK hücum helikopteri və T-70 ümumi təyinatlı helikopteri təhvil verilib.

ROKETSAN tərəfindən hazırlanmış qısa mənzilli tank əleyhinə silah KARAOK fərqli istifadəçi ssenariləri ilə keçirilən sınaq atışlarını uğurla tamamlayıb.

“Baykar” tərəfindən hazırlanmış 2000 kilometrdən artıq mənzilə malik K2 kamikadze PUA-sı süni zəka dəstəkli patrul və dolaşma sınağını həyata keçirib.

TİSAŞ ABŞ-də keçirilən 155-ci NRA İllik Toplantısına qatılıb.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün MKE müəssisələrində aparılan investisiya, modernizasiya və istehsal infrastrukturuna yönəlmiş işləri araşdırıb.

Türkiyə Quru Qoşunları Komandanlığı müxtəlif sayda FIRTINA-II haubitsası və “Bayraktar” AKINCI zərbə tipli pilotsuz uçuş aparatını inventara qəbul edib.

TURAÇ ABŞ-də keçirilən 155-ci NRA İllik Toplantısına qatılıb.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Braziliya Quru Qoşunları Baş Qərargah rəisini və onu müşayiət edən heyəti qəbul edib.

“Bayraktar” KIZILELMA ASELSAN KARAT infraqırmızı axtarış və izləmə sistemi (IRST) ilə həyata keçirdiyi sınaqda 110 kilometr uzaqlıqdakı sərnişin təyyarəsini aşkarlayıb.

HAVELSAN tərəfindən hazırlanmış KOVAN Yeni Nəsil İş İdarəetmə Sistemi ilk ixrac uğuruna nail olub.

Beynəlxalq “Anadolu Ankası-2026” təlimində BİTES tərəfindən hazırlanmış Hərbi Taktiki Əməliyyat Dəsti ATOK-n əməliyyat qabiliyyətləri nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin